İrana qarşı sanksiyalar və əczaçılıq zavodlarına hücumlar iranlıları həyat əhəmiyyətli dərmanlardan məhrum edir.
"Report" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai "X" sosial media hesabında etdiyi paylaşımda bildirib.
"Əczaçılıq zavodlarına hücumlar onların cinayətkar sanksiyalarının daha bir aspektidir. O sanksiyalar uzun müddətdir iranlıları həyati vacib dərmanlardan məhrum edir", - Bəqai bildirib.
Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Şurası martın 30-da İrana qarşı məhdudlaşdırıcı tədbirlərin müddətinin 13 aprel 2027-ci ilədək uzadılması barədə qərar qəbul edib. İran Prezidenti Məsud Pezeşkian Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Koşta ilə telefon danışığı zamanı deyib ki, müharibəyə istənilən müdaxilə təhlükəli nəticələrə səbəb olacaq.
Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə "Hizbullah" arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Attacking pharmaceutical factories represents yet another dimension of their criminal sanctions—the very same sanctions that have long deprived Iranians of life-saving medicines.
— Esmaeil Baqaei (@IRIMFA_SPOX) March 31, 2026
This is a blatant war crime & crime against humanity.
Those who try to distract public attention… pic.twitter.com/eUcunwWAng