RU

Zaqatalada iki avtomobil toqquşub, xəsarət alanlar var

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Gözbarax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "VAZ-2109" markalı avtomobillər toqquşub, nəticədə iki nəfər xəsarət alıb.

Qeyd edək ki, qəza zamanı xəsarət alanlardan biri - "VAZ-2107"nin sürücüsü Ramazan Mahmudov Vətən müharibəsi şəhidi Natiq Mahmudovun atasıdır.

Избранный
31
10
day.az

10Источники