RU

Türkiyənin gənclərdən ibarət yığmasının məşqçisi oyun zamanı huşunu itirib

Türkiyənin gənclərdən ibarət yığmasının məşqçisi oyun zamanı huşunu itirib

Türkiyənin futbol üzrə gənclər yığmasının məşqçisi Egemen Korkmaz, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı keçirilən qarşılaşmada qəfil halı pisləşərək huşunu itirib.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, hadisə komandanın oyunçusu Demir Ege Tıknazın qırmızı vərəqə alaraq meydandan qovulmasından dərhal sonra baş verib.

Bu qərara emosional reaksiya verən Korkmaz məşqçi zonasında yerə yıxılıb. Ona ilk tibbi yardım elə meydandaca göstərilib. Hadisə ilə əlaqədar futbolçular paltardəyişmə otağına yollanıb, məşqçi isə dərhal xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, 43 yaşlı Egemen Korkmaz 2025-ci ildən Türkiyə gənclər yığmasına rəhbərlik edir. Əvvəllər o, "Trabzonspor", "Erzurumspor" və "Dənizlispor"un məşqçilər heyətində yer alıb. Futbolçu karyerası dövründə "Fənərbaxça" ilə Türkiyə çempionu olub, həmçinin "Fənərbaxça" və "Trabzonspor"un heyətində ölkə kubokunun və superkubokunun qalibi adını qazanıb.

Избранный
18
4
afn.az

3Источники