RU

DÇ-2026: İtaliya millisi yenə dünya çempionatından kənarda qaldı

İtaliya millisi Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində Bosniya Herseqovina qonağı olub.

Heftelik.az xəbər verir ki, oyunun əsas hissəsində italyanlar 80 dəqiqəni 10 nəfərlə azlıqda keçiriblər.

Tərəflər 90 dəqiqəqə hərəyə bir dəfə fərqləniblər. Hər hissəsi 15 dəqiqə olmaqla, əlavə 30 dəqiqədə komandalar qapılarını toxunulmaz saxlayıb.

Penalti seriyasında isə Bosniya Herseqovina millisi daha dəqiq olub, 4:1 hesabı ilə qalib gəlib.

Beləliklə, dördqat dünya çempionu olan İtaliya ardıcıl ikinci dəfə dünya çempionatından kənarda qalıb. Bosniya Herseqovina  isə tarixində ikinci dəfə  dünya çempionatına vəsiqə qazanıb.

 

 

Избранный
50
heftelik.az

1Источники