RU

Nevadada hərbi təyyarə qəzası: F-35 yerə çırpıldı

Nevadada ABŞ-ın F-35 qırıcısı qəzaya uğrayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “BNO News” məlumat yayıb.

ABŞ-ın Nevada ştatındakı təlim poliqonunda F-35 qırıcı təyyarəsi qəzaya uğrayıb. Pilot təyyarə yerə çırpılmazdan əvvəl katapult etməyə müvəffəq olub. Məlumata görə, o, qəza nəticəsində yalnız yüngül xəsarətlər alıb.

Hadisənin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
78
interpress.az

1Источники