RU

“İranda ordu dağılır” – fərarilik artır, əsgərlər ruhdan düşüb

ABŞ-nin müharibə naziri Pit Heqset İranda hərbi vəziyyətlə bağlı diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, ölkədə fərarilik halları artıb, hərbçilər arasında isə ciddi demoralizasiya müşahidə olunur.

Nazir bildirib ki, son 24 saat ərzində İran tərəfindən buraxılan raket və dronların sayı minimum səviyyəyə düşüb. Bu vəziyyətin Tehranın hərbi potensialında zəifləmə ilə bağlı ola biləcəyi vurğulanır.

Heqset əlavə edib ki, İranın hələ də çıxış yolu var və bu, ABŞ Prezidenti Donald Tramp ilə razılaşma əldə etməkdən keçir. Onun fikrincə, Vaşinqtonun mövqeyi dəyişməzdir və geri çəkilmə ehtimalı yoxdur.

“Prezident Tramp blef etmir və geri addım atmır. Bunu Xamenei də yaxşı bilir”, – deyə ABŞ müharibə naziri istehzalı şəkildə qeyd edib.

 

Musavat.com

Избранный
50
musavat.com

1Источники