RU

Argentina SEPAH-ı terror təşkilatları siyahısına daxil edib

Argentina hakimiyyəti İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısına daxil edilməsi barədə qərar qəbul edib.

“İki sahil” xəbər verir ki, müvafiq məlumatı Argentina Prezidenti Xavyer Mileyin administrasiyası yayıb.

"Ölkə hökuməti SEPAH-ın terror fəaliyyəti və onun maliyyələşdirilməsi ilə əlaqəli olan fiziki və hüquqi şəxslərin ictimai reyestrinə daxil edilməsi barədə qərar qəbul edib. Bu qərar Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi və Dövlət Kəşfiyyat Nazirliyinin birgə səyləri ilə hazırlanıb və Argentina ərazisində terror aktlarının törədilməsi də daxil olmaqla, transmilli miqyaslı qanunsuz fəaliyyəti sübut edən rəsmi məlumatlara əsaslanır", - rəsmi bəyanatda qeyd olunub.

Sənəddə vurğulanıb ki, SEPAH-ın Argentinada törədilmiş iki terror hücumu - 1992 və 1994-cü illərdəki partlayışlarla əlaqəli olduğu ehtimal edilir. İran tərəfi bu hadisələrlə bağlı iranlı diplomatlara və dövlət xadimlərinə qarşı irəli sürülən bütün ittihamları dəfələrlə təkzib edib.

Избранный
17
1
ikisahil.az

2Источники