RU

Quba Soyqırımı Memorial Kompleksində anım tədbiri keçirilib

31 mart azərbaycanlılara qarşı törədilmiş soyqırımların 108-ci ildönümü ilə bağlı Soyqırımı Memorial Kompleksində anım tədbiri-kütləvi ziyarət keçirilib. 

Qeyd edək ki, 2007-ci ildə Quba şəhərində tikinti üçün aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ilin may ayında bolşevik adı altında quldur erməni dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutu olmusdur. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan  Prezidenti  İlham Əliyevin  30 dekabr 2009-cu il tarixli sərancamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılmasına qərar verilmişdir. Memorial Kompleks 2012-2013-cü illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Qudyalçayın sol sahilində, keçmiş stadion ərazisində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. 

Dünən səhərdən başlayaraq, rayon təşkilatlarının nümayəndələri cərgə ilə kompleksi ziyarət etməyə başladılar. Məktəblilərdən ibarət könüllülər ziyarətə gələnlərin hərəkət rejiminin düzgün aparılmasında kompleks əməkdaşlarına yaxından kömək edirdilər. Qonaqlara rus, ingilis və alman dillərində məlumat verilirdi. 

Anım tədbirində Milli Məclisin deputatları, rayon rəhbərliyi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi, Yeni Azərbaycan Partiyasının bir neçə rayon təşkilatının rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət və media nümayəndələri iştirak edirdilər. 

Akif ƏLİYEV,

"Azərbaycan"

Избранный
68
azerbaijan-news.az

1Источники