RU

ABL: Pley-in mərhələsinin oyun cədvəli açıqlandı – ARENA.AZ

Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün pley-in mərhələsinin oyun cədvəli açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, pley-in mərhələsinin qarşılaşmaları aprelin 3-10-u aralığında keçiriləcək.

Reqlamentə əsasən, iki qələbəyə ən tez çatan komanda 1/4 finala vəsiqə qazanacaq.

İlk oyun günündə – aprelin 3-də iki qarşılaşma baş tutacaq. Saat 15:00-da “Quba” ilə “Şəki” üz-üzə gələcək. Günün digər matçında, saat 19:00-da isə “Naxçıvan” “Sərhədçi” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Növbəti gün, saat 14:00-da “Gəncə” “Lənkəran”la qarşılaşacaq. Günün son oyununda, saat 16:00-da NTD “Sumqayıt”ı qəbul edəcək.

Tərəflər arasında cavab oyunları aprelin 6-7-nə təsadüf edəcək. Aprelin 6-da, saat 14:00-da “Şəki” – “Quba”, 20:00-da isə “Sərhədçi” – “Naxçıvan” qarşılaşmaları keçiriləcək.

Aprelin 7-də daha iki oyun baş tutacaq. Saat 15:00-da “Lənkəran” “Gəncə”ni sınağa çəkəcək. Günün son matçında, saat 19:00-da “Sumqayıt” NTD ilə üz-üzə gələcək.

Zərurət yaranacağı halda, əlavə oyunlar aprelin 9-10-da təşkil olunacaq. Bu qarşılaşmalar pley-in mərhələsində qaliblərin müəyyənləşməsi üçün həlledici rol oynaya bilər.

Qeyd edək ki, ABL-də yarımfinal seriyaları da 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 3 qələbə qazanacaq komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
25
7
arena.az

10Источники