RU

DÇ-2026-nın bütün iştirakçıları müəyyənləşdi

style='margin-bottom:10px;'>

DÇ-2026-nın final mərhələsində iştirak edəcək 48 komandanın hamısı müəyyənləşib.

QOL.az xəbər verir ki, bu, ötən gecə keçirilən pley-off-un final oyunlarından sonra bəlli olub.

Komandalar arasında 24 ildən sonra mundiala vəsiqə qazanan Türkiyə millisi də var. Son iki dünya çempionatında iştriak edə bilməyən İtaliya millisi isə bu dəfə də yarışa vəsiqə qazana bilməyib.

DÇ-2026-nın final mərhələsinin 48 iştirakçısı

A qrupu: Meksika, Cənubi Afrika, Cənubi Koreya, Çexiya

B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina

C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya.

D qrupu: ABŞ, Paraqvay, Avstraliya, Türkiyə

E qrupu: Almaniya, Kyurasao, Kot-d'İvuar, Ekvador.

F qrupu: Hollandiya, Yaponiya, Tunis, İsveç

G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya.

H qrupu: İspaniya, Kabo-Verde, Səudiyyə Ərəbistanı, Uruqvay.

J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya.

K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo Demokratik Respublikası

L qrupu: İngiltərə, Xorvatiya, Qana, Panama.

I qrupu: Fransa, Seneqal, Norveç, İraq

Xatırladaq ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə tarixdə ilk dəfə olaraq 48 yığma mübarizə aparacaq. Mundial 11 iyun – 19 iyul tarixlərində təşkil olunacaq.

Избранный
41
2
teleqraf.com

10Источники