RU

Qattuzo İtaliya xalqından üzr istədi

ain.az, Idman.biz saytına istinadən bildirir.

İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo komandasının 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməməsinə görə üzr istəyib.

Xatırladaq ki, italiyalılar mundialda iştirak hüququ uğrunda A yolunun final pley-off matçında Bosniya və Herseqovina milli komandası ilə qarşılaşmada uduzublar (1:1, 1:4 penaltilər seriyası).

“İtaliyanın qarşıdakı dünya çempionatına vəsiqə qazana bilməməsinə görə şəxsən üzr istəyirəm. Lakin futbolçularımız meydanda əllərindən gələni etdilər”, – deyə Qattuzo vurğulayıb.

Qeyd edək ki, italiyalılar sonuncu dəfə dünya çempionatında 2014-cü ildə iştirak ediblər.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
50
icma.az

10Источники