RU

Bakı metrosu əsas bayram günlərində 2 milyona yaxın sərnişin daşıyıb

"Bakı Metropoliteni" QSC 20-24 mart tarixlərini əhatə edən əsas Ramazan və Novruz bayramı günlərində 1 969 740 sərnişin daşıyıb.

AYNA: Bayram günlərində rekord sayda - 200 000-dən çox sərnişin daşınıb

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, bu günlər üzrə orta statistik göstərici 393 948 nəfər olub.

Xatırladaq ki, "Bakı Metropoliteni" indiki təşkilati-hüquqi formada Prezident İlham Əliyevin 27 fevral 2014-cü il tarixli sərəncamına əsasən, Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" SC-nin birləşdirilməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyard 580,638 milyon manatdır. (Report)

Избранный
4
5
fed.az

6Источники