RU

Toya hazırlaşanların nəzərinə: Məhərrəmliyə görə... AÇIQLAMA

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ramazan ayı boyunca toylara verilən fasilə artıq başa çatıb və şadlıq saraylarında yenidən canlanma müşahidə olunur. Lakin qarşıdan Məhərrəm ayı gəlir. Bu səbəbdən şadlıq evlərində yenidən durğunluq yaşanacağı gözlənilir. Vətəndaşların böyük qismi toy mərasimlərini Məhərrəm ayından sonraya planlaşdırırlar.İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, orucluqdan sonra tələbatın kəskin şəkildə artması, yəni şadlıq saraylarının xidmətlərinə qısa müddətdə yüksək tələbin yaranması qiymətlərə artırıcı təsir göstərə bilər:“Bu, normal bazar prosesidir, bazar konyunkturası məsələsidir. Tələb çox olduqda, toy etmək istəyənlərin sayı kəskin artdıqda şadlıq sarayları qiymət artımına gedirlər. Çünki müştəri çox olduğuna görə müştərini itirməyəcəklərinə əmindirlər. Buna görə də əlavə endirimlərdən yayınır, xidmətlərini ya əvvəlcədən nəzərdə tutduqları, ya da daha yüksək qiymətlərlə təklif etməyə çalışırlar. Adətən belə hallarda qısa müddətdə qiymətlərdə müəyyən artım müşahidə olunur, daha sonra isə bazar tədricən normal vəziyyətə qayıdır. Tələbatın normallaşması qiymətlərin əvvəlki səviyyəyə enməsinə səbəb ola bilər. Lakin məsələ burasındadır ki, şadlıq sarayları eyni zamanda ərzaq qiymətlərinin artdığı bir mühitdə fəaliyyət göstərirlər. Ərzaq və içki qiymətlərinin bahalaşmasından ən çox təsirlənən sahələrdən biri də məhz restoran və şadlıq sarayı sektorudur”.O bildirib ki, buna görə də bu sahədə qiymətlərin enmə ehtimalı çox aşağıdır:“Çünki ərzaq qiymətləri davamlı olaraq artır və xüsusilə Yaxın Şərqdə baş verən müharibə kimi amillər bu artımı daha da gücləndirir. Yaxın gələcəkdə ərzaq qiymətlərinin ucuzlaşacağı gözlənilmir, əksinə müəyyən bahalaşma təzyiqi davam edəcək. Bu səbəbdən, şadlıq saraylarında mövsümi dəyişikliklər, bayramlar - xüsusilə dini bayramlardan əvvəl və sonra tələbatın kəskin artması qiymətlərə təsir etsə də, ümumi tendensiya olaraq qiymətlərin aşağı düşəcəyini gözləmək real deyil. Əksinə, ərzaq və içki xərclərinin artması bu obyektlərin xərclərini yüksəldir və tələbat olduğu müddətdə qiymətlərin artırılmasına səbəb olur”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
16
demokrat.az

1Источники