RU

Ölkəyə gətirilən kələmdən 100 kiloqram narkotik ÇIXDI - FOTO

 

 

Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, "Astara" gömrük postunda kələm yükü daşıması görüntüsü yaradılan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsindən kələm formasına salınaraq gömrük nəzarətindən gizlədilən, qablaşdırılmaları ilə birlikdə ümumi təmiz çəkisi 43 kiloqram 565 qram xüsusilə külli miqdarda narkotik vasitə - həşiş və ümumi təmiz çəkisi 58 kiloqram 955 qram xüsusilə külli miqdarda narkotik vasitə - həşiş qətranı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Gömrükçülər

Gömrükçülər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
18
19
olaylar.az

10Источники