RU

Təyyarə qəzaya uğradı: 6 heyət üzvü və xeyli sayda sərnişin həyatını itirdi

An-26 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 29 nəfər həlak olub.

 

Ekologiya.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

 

"Axtarış-xilasetmə qrupu tərəfindən An-26 təyyarəsinin qəzaya uğradığı yer aşkar edilib. Hadisə yerindən verilən məruzəyə əsasən, 6 heyət üzvü və göyərtədə olan 23 sərnişin həlak olub", - məlumatda vurğulanıb.

 

Qeyd edək ki, təyyarənib qayaya çırpıldığı vurğulanır.

 

Hazırda hadisə yerində Rusiya Müdafiə Nazirliyinin xüsusi komissiyası çalışır. Qəzanın ilkin səbəbi kimi təyyarənin texniki nasazlığı nəzərdən keçirilir./axar.az

Избранный
29
3
ekologiya.az

9Источники