RU

Əfqanıstanda leysan: 42 nəfər öldü

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əfqanıstanda leysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 42 nəfər həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əfqanıstanın Milli Təbii Fəlakətlərlə Mübarizə İdarəsi məlumat yayıb.

İtkilərlə yanaşı azı 66 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.

Martın 25-dən bəri ölkədə müşahidə olunan əlverişsiz hava infrastruktura və yaşayış məntəqələrinə də ciddi ziyan vurub: ümumilikdə 476 yaşayış evinə zərər dəyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
29
1
bakivaxti.az

2Источники