RU

Aİ COVID-19 ilə müqayisə oluna biləcək iqtisadi şoka hazırlaşır

BAKI, 1 aprel. TELEQRAF

Enerji daşıyıcılarının qiymətinin kəskin artması Avropa İttifaqını COVID-19 pandemiyası ilə müqayisə oluna biləcək iqtisadi şokla qarşılaşdırıb.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri Aİ strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hazırda Avropada gündəmdə iki əsas məsələ dayanır: qitədə enerji böhranının nə dərəcədə ciddi olacağı və onun nəticələrinin nə qədər təsirli olacağı.

“Politico” qeyd edir ki, böhranın sənayenin bütün sahələrinə təsir etməsi riski mövcuddur.

Aİ rəsmilərindən biri nəşrə bildirib ki, Brüsseldə COVID-19 dövrünü xatırladan bir atmosferin güclənməsi hiss olunur. Onun sözlərinə görə, mümkün enerji çatışmazlığı və bunun ardınca yarana biləcək “iqtisadi yoluxma” 2020-ci il böhranından daha ağır ola bilər.

Mənbələrin bildirdiyinə görə, Antonio Kosta Avropa İttifaqı liderlərinin fövqəladə sammitinin çağırılması imkanını nəzərdən keçirir.

Избранный
31
teleqraf.com

1Источники