RU

Azərbaycanda MMC-lərin nizamnamə kapitalının artırılması mexanizmi təkmilləşdiriləcək

Azərbaycanda MMC-lərin nizamnamə kapitalının artırılması mexanizminin təkmilləşdirilməsi, bu məqsədlə qanunvericiliyə dəyişiklik edilməsi planlaşdırılır.

Dəyişikliyin məqsədi MMC-lərin yeni təsisçilərinin hesabına kapital artımı zamanı yarana biləcək sui-istifadə hallarının qarşısını almaqdır.

Bu çərçivədə müvafiq hüquqi boşluqların aradan qaldırılması, prosesin daha şəffaf və tənzimlənən şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

Bu ilin sonuna qədər hazırlanacaq müvafiq qanun layihəsi aidiyyəti qurumlara təqdim ediləcək və qəbul olunacağı təqdirdə MMC-lərdə kapital artımı prosedurlarının daha effektiv idarə olunmasına şərait yaradacaq.

Избранный
14
2
banco.az

3Источники