Bu il keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Hafta.az xəbər verir ki, bu, pley-off mərhələsinin həlledici görüşlərindən sonra rəsmiləşib. Son olaraq, qitələrarası pley-off finalında Yamaykaya qalib gələn (1:0) Konqo Demokratik Respublikası və Boliviyanı üstələyən (2:1) İraq seçmələri DÇ-2026-da iştirak hüququ əldə ediblər.
24 ildən sonra yenidən mundiala vəsiqə qazanan Türkiyə millisinin qrup mərhələsində keçirəcəyi matçların təqvimi də bəlli olub. D qrupunda yer alan “ay-ulduzlular” iyunun 14-də Avstraliya, 20-də Paraqvay, 26-da isə ev sahiblərindən ABŞ ilə qarşılaşacaq. İlk iki görüş Bakı vaxtı ilə saat 08:00-da, sonuncu qrup oyunu isə 06:00-da başlayacaq.
DÇ-2026-nın final mərhələsində iştirak edəcək komandalar:
A qrupu: Meksika, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çexiya
B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina
C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya
D qrupu: ABŞ, Paraqvay, Avstraliya, Türkiyə
E qrupu: Almaniya, Kurasao, Kot-d'İvuar, Ekvador
F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç
G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya
H qrupu: İspaniya, Kabo-Verde, Səudiyyə Ərəbistanı, Uruqvay
J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya
K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo Demokratik Respublikası
L qrupu: İngiltərə, Xorvatiya, Qana, Panama
I qrupu: Fransa, Seneqal, Norveç, İraq.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Mundialda ilk dəfə 48 ölkənin yığması mübarizə aparacaq.