Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Mənim üçün o, sadəcə görkəmli bir aktyor deyildi. O, həyat üzrə mənim müəllimim idi. Və baxmayaraq ki, o heç vaxt müəllimim olmayıb, mən onun filmlərinə baxaraq çox şey öyrəndim. Onun necə davrandığını, necə danışdığını, kadrda necə susduğunu izləyərək.
Kult.az xəbər verir ki, bu sözləri aktyor, şoumen, əməkdar artist Bəhram bağırzadə xalq artisti Rasim Balayevin ölümü haqda qeyd edib.
“Mənə qismət oldu ki, rejissor Ayaz Salayevin filmində onunla birlikdə oynayım. Bu, heç vaxt unutmayacağım bir görüş idi…
Təşəkkür edirəm sizə, Rasim müəllim, hər rol üçün. Hər kadr üçün. Var olduğunuz üçün.
Allah rəhmət eləsin”, - o yazıb.
Qeyd edək ki, Rasim Balayev 29 martda İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.