RU

NBA: Şərq Konfransının lideri öz meydanında qələbə qazanıb

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 1 aprel, AZƏRTAC

ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) daha yeddi qarşılaşma keçirilib.

AZƏRTAC xəbər verir ki, “Detroyt Pistons” doğma meydanda “Toronto Reptors”u 127:116 hesabı ilə üstələyib.

Qalib komandada ən məhsuldar oyunçu 31 xalla Ceylen Düren olub. Dennis Cenkins 21, Dankan Robinson 19 xalla yadda qalıb. Karis Levert və Tobias Harris hərəyə 12, Pol Rid isə 10 xal toplayıb.

Qonaqların heyətində isə Ar Ci Barrett 24, Brendon İnqrem 22, Sandro Mamukelaşvili 16, Kollin Marri-Boyls 14 xalla fərqlənib.

Hazırda “Detroyt Pistons” Şərq Konfransının turnir cədvəlinə başçılıq edir. “Toronto Reptors” isə altıncı pillədə qərarlaşıb.

Matçların nəticələri

“Orlando Mecik” - “Feniks Sanz” – 115:111

“Detroyt Pistons” - “Toronto Reptors” – 127:116

“Miluoki Baks” - “Dallas” – 123:99

“Los-Anceles Klippers” - “Portlend Treyl Bleyzers” – 104:114

“Bruklin Nets” - "Şarlot Hornets" – 86:117

“Hyuston Rokets” - “Nyu-York Niks” – 111:94

“Los-Anceles Leykers” - “Klivlend Kavalyers” – 127:113.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
2
azertag.az

3Источники