RU

İİTKM nümayəndəsi beynəlxalq seminarda iştirak edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi İlkin Qasımov Beynəlxalq Valyuta (BVF) Fondunun  Qazaxıstanın Almatı şəhərində təşkil etdiyi beynəlxalq seminarda iştirak edib.

“İki sahil” xəbər verir ki, seminar “Qeyri-müəyyənlik və uzunmüddətli fiskal trendlərin makro-fiskal proqnozlara daxil edilməsi” mövzusunda keçirilib. BVF-nin Qafqaz, Mərkəzi Asiya və Monqolustan ölkələri üzrə Regional Potensialın Gücləndirilməsi Mərkəzi (CCAMTAC) tərəfindən müxtəlik ölkələrdən aidiyyəti sahə üzrə mütəxəssislər tədbirə cəlb edilib.

İştirakçılar qeyri-müəyyənlikləri və uzunmüddətli tendensiyaları makro-fiskal proqnozlaşdırma və təhlilə effektiv şəkildə daxil etmək üçün lazım olan bilik və bacarıqlara yiyələniblər. Bununla yanaşı, qeyd edilən istiqamət üzrə müxtəlif ölkə təcrübələri təhlil edilib və fikir mübadiləsi aparılıb.

Избранный
18
ikisahil.az

1Источники