RU

Bunu etmək insanın ömrünü uzadırmış – Stressdən uzaq durmağın ən yaxşı üsulu…

Bu gün dünyada 1 Aprel – Gülüş Günü kimi qeyd olunur. Maraqlıdır, tez-tez eşitdiyimiz “gülmək ömrü uzadır” ifadəsinin tibbi əsası varmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirib ki, gülüşün insan sağlamlığına təsiri olduqca müsbətdir və demək olar ki, heç bir mənfi tərəfi yoxdur.

Azərbaycanda

“Gülüş ilk növbədə stressi azaldır. Tibbi baxımdan bu, stress hormonu olan kortizolun səviyyəsinin aşağı düşməsi deməkdir. Kortizolun yüksək olması isə orqanizmdə, xüsusilə qarın nahiyəsində piylənməyə səbəb ola bilər”.

Həkim qeyd edib ki, gülmək eyni zamanda xoşbəxtlik hormonlarının ifrazını artırır.

“Bu da insanın psixoloji vəziyyətinə müsbət təsir göstərərək daha yaxşı əhval-ruhiyyə, pozitiv aura yaradır. Nəticədə insanlar gündəlik fəaliyyətlərində daha enerjili və məhsuldar olurlar. Gülüş müsbət hormonların artmasına, mənfi təsir göstərənlərin isə azalmasına səbəb olur. Bu isə panik atak, depressiya kimi psixoloji problemlərdən uzaq qalmağa kömək edir”, – deyə Günay

Lətifova vurğulayıb.
Mütəxəssis əlavə edib ki, gülmək təkcə 1 Apreldə deyil, hər gün həyatın bir parçası olmalıdır:

“İnsanlara tövsiyə edirik ki, hadisələrə mümkün qədər müsbət yanaşsınlar və həyatın yaxşı tərəflərini görməyə çalışsınlar. Gülüş birbaşa ömrü uzatmasa da, sağlam və keyfiyyətli həyatın əsas amillərindən biri kimi çıxış edir”.

Aynurə İsmayıl
KONKRET.az

Избранный
17
konkret.az

1Источники