Bakı-Balakən-Bakı marşrutu üzrə yeni dayanacaqlar təyin edildi
Bakı–Balakən–Bakı marşrutu üzrə gecə qatarlarına yeni dayanacaqlar təyin edilib.“Azərbaycan Dəmir Yolları” QSC-dən BUTA.TV-a verilən məlumata görə, aprelin 1-dən etibarən qatarlar artıq Ucar və Ləki stansiyalarında da dayanır. Bu yenilik daha çox sərnişinin gecə qatarından rahat və əlçatan şəkildə istifadə etməsinə imkan yaradır.