"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxs Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170 ünvanında yerləşən ümumi sahəsi 1709.70 m2 təşkil edən 4 mərtəbəli qeyri-yaşayış binasının (qapalı avtodayanacaqda 11 ədəd ödənişsiz və 5 ədəd ödənişli avtoparkinq xidməti daxil olmaqla) icarə xidmətinə 622 933 AZN ödəyəcək.
Pravda.az xəbər verir ki, vəsait “Facility Management Group” MMC-yə ödəniləcək.
Dövlət Agentiyi və şirkət arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib, yəni “bir mənbə metodu” ilə təşkil edilib.
Cabir
Tarix: 1 Aprel 2026, 12:39