“Atletiko”nun qapıçısı Yan Oblak karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, sloveniyalı qolkiperə sözügedən ölkədən təklif gəldiyi bildirilir. 33 yaşlı futbolçu hazırda klubla müqaviləsindəki 120 milyon avroluq sərbəstqalma məbləğinin azaldılması üçün danışıqlar aparır.
Oblak bu mövsüm 26 oyunda 25 qol buraxıb və onun Madrid klubu ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.