RU

SEPAH-a AĞIR ZƏRBƏ - Məxfi tunellərin memarı ÖLDÜRÜLDÜ

İsrail Hərbi Hava Qüvvələrinin İrana endirdiyi zərbələr nəticəsində SEPAH-ın "Qüds" qüvvələrinin Livan korpusunun mühəndislik şöbəsinin rəisi Mehdi Vəfayi öldürülüb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı İsrail ordusunun mətbuat xidməti yayıb.

Məlumata görə, Vəfayi son 20 il ərzində Livan və Suriyada yeraltı layihələrə rəhbərlik edib.

O, "Hizbullah" qruplaşması və Suriyanın keçmiş prezidenti Bəşər Əsəd rejimi üçün yeraltı obyektlərin inşasına birbaşa nəzarət edib.

Bundan əlavə, onun Livanda silah-sursat anbarı kimi istifadə olunan onlarla strateji obyektin idarə olunmasında rəhbər rol oynadığı bildirilir.

Musavat.com

Избранный
25
musavat.com

1Источники