RU

Sadə həyat, səmimi kontent:

Sadə həyat, səmimi kontent: TikTok-da kənd həyatıMüasir dövrdə rəqəmsal platformalar təkcə informasiya mənbəyi deyil, həm də insanların asudə vaxtını maraqlı və faydalı keçirməsi üçün geniş imkanlar yaradır. Xüsusilə TikTok qısa video formatı vasitəsilə gündəlik həyatın müxtəlif tərəflərini sadə, səmimi və diqqətçəkən şəkildə təqdim etməyə imkan verir. Bu platforma kənd həyatını, bölgələrdə yaşayan insanların zəhmətini və gündəlik məşğuliyyətlərini göstərmək üçün də geniş imkanlar açır. Azərbaycanın müxtəlif bölgələrində yaşayan insanlar öz həyat tərzlərini, gördükləri işləri və təbiətlə vəhdətdə olan gündəlik fəaliyyətlərini videolar vasitəsilə izləyicilərlə bölüşür, beləliklə də ölkəmizin səfalı guşələri və kənd həyatının səmimiyyəti daha geniş auditoriyaya təqdim olunur.Bu məqaləmizdə isə TikTok-da kənd həyatını və bölgələrimizin gözəlliyini öz kontentlərində əks etdirən üç maraqlı yaradıcı ilə sizə tanış edəcəyik.Çiçək Açan Kənd, Canlanan Həyat - @taxirazizovichQax rayonunda yaşayan gənc yaradıcı kənd həyatının gündəlik anlarını TikTok vasitəsilə izləyiciləri ilə bölüşür. Onun videolarında əkinçilik, maldarlıq, mövsümə uyğun məhsul yığımı və təbiətlə iç-içə olan sadə kənd həyatı səmimi və real şəkildə təqdim olunur. Bu təbii və həyatın içindən olan görüntülər həm şəhərdə, həm də kənddə yaşayan insanların diqqətini çəkir və minlərlə izləyici tərəfindən maraqla izlənir.Videolarda bəzən təzə dəmlənmiş çayın ətri ilə müşayiət olunan sakit kənd səhərləri, bəzən isə çiçəklənən ağaclar və ya məhsul yığımı fonunda çəkilmiş mənzərələr yer alır. Bu görüntülər izləyicilərə kənd həyatının sadəliyini, təbiətin gözəlliyini və gündəlik zəhmətin dəyərini hiss etdirir.Kreator həmçinin kənddə yaşayıb qazanc əldə etməyin yollarını, kənd həyatının üstünlüklərini və bölgədəki maraqlı məkanları da izləyiciləri ilə bölüşür. Bu paylaşımlar sayəsində onun kontenti təkcə əyləncəli deyil, həm də maarifləndirici xarakter daşıyır. TikTok platforması vasitəsilə isə kənd həyatının təbiiliyi, səmimiyyəti və gözəlliyi daha geniş auditoriyaya çatdırılır.Qəbələdə Gənc Xanımın Kənd Həyatına Səyahət: @fisayleeTikTok platformasının növbəti yaradıcısı Azərbaycanın tarixi və memarlığı ilə seçilən səfalı bölgələrindən biri – Qəbələdə yaşayan gənc xanımdır. O, kənd nemətlərindən istifadə edərək faydalı və təbii qidaların hazırlanma qaydasını izləyiciləri ilə bölüşür, həm sağlam, həm də asan hazırlanan yeməklərin hazırlanma prosesini addım-addım nümayiş etdirir.Eyni zamanda kreator kontentlərində kənd həyatının bayram əhval-ruhiyyəsini də əks etdirir. O, bayramların kənd mühitində necə qeyd olunduğunu, ənənəvi adət-ənənələri və kənd sakinlərinin bir-birinə olan səmimi münasibətini izləyicilərə təqdim edir. Müxtəlif dinlərə mənsub insanların bir arada yaşadığı bölgədə tolerantlıq və qarşılıqlı hörmət kimi dəyərlər də onun paylaşımlarında təbii şəkildə nümayiş olunur.Təbiət və kənd həyatının sadəliyi fonunda hazırladığı videolarda gənc yaradıcı gündəlik kənd fəaliyyətlərini də göstərir, məsələn, təbii üsullarla bulaq qurulması kimi maraqlı məqamları izləyicilərlə bölüşür. Beləliklə, onun kontentləri TikTok platformasında kənd həyatının rəngarəng və səmimi təqdimatının uğurlu nümunələrindən biri kimi diqqət çəkir.Kənd ənənəsi TikTok-da - @husniyyenin.metbexiQədim ənənələrə sadiq qalaraq kənd həyatını TikTok vasitəsilə təqdim edən yaradıcı nənə gündəlik kənd işlərini və ailə həyatının səmimi anlarını izləyicilərlə bölüşür. Onun videolarında kəndə məxsus müxtəlif təamların ocaq başında hazırlanması xüsusi maraq doğurur. Kontentdə nənə ilə yanaşı həyat yoldaşı və nəvələri də yer alır və bu, kənd həyatının ailə dəyərləri ilə birlikdə təqdim olunmasına rəng qatır.Ailənin qədim ənənələrə sadiq qalaraq odun peçində bişirdiyi yeməklər, bir süfrə ətrafında toplaşması və birlikdə keçirdiyi səmimi anlar izləyicilərə isti və mehriban ailə mühitini hiss etdirir. Nəvələrin nənələrinin hazırladığı yeməklərin dadını çıxarması, birlikdə gülüb-oynaması və ailə ab-havası kənd həyatının sadəliyini və səmimiyyətini daha da ön plana çıxarır.

Beləliklə, bu videolar vasitəsilə izləyicilər yalnız kənd həyatının gündəlik ritmini deyil, həm də nəsillərin bir arada yaşadığı, ailə sevgisi və ənənələrin qorunduğu isti mühiti yaxından görürlər. TikTok-da paylaşılan bu cür kontentlər kənd həyatının dəyərlərini və ailə birliyinin əhəmiyyətini göstərən maraqlı nümunələrdən biri kimi diqqət çəkir.

Избранный
8
metbuat.az

1Источники