RU

Apreldə Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar

1- 28 aprel tarixində Qazaxda, Qusarda, Ucarda, Qaxda və Xırdalanda, 1-13 aprel tarixində Saatlıda və Yardımlıda, 1-20 aprel tarixində Füzulidə, 16-28 aprel tarixində Neftçalada və Lerikdə, 23-28 aprel tarixində isə Cəbrayılda vətəndaşlara səyyar xidmət göstəriləcək.

“İki sahil” xəbər verir ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır. Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00 - 14:00 arası isə nahar fasiləsidir. Yardımlıda Füzulidə, Lerikdə, Neftçalada və Cəbrayılda fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobusunda isə iş qrafiki saat 11:00- dan 17:00-dək nəzərdə tutulub.

Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.

Избранный
18
12
ikisahil.az

10Источники