RU

İran “gizli kart”ını İŞƏ SALIR – Dünya iqtisadiyyatı üçün BÖHRAN ANONSU

İranın Hörmüz boğazını bağlamasının ardınca Yəməndəki husilər də onlara dətək olmaq üçün Bab-əl-Məndab bağazını bağlaya bilərlər.

Belə ki,husilər İranın köməyə ehtiyacı olacağı təqdirdə Bab əl-Məndəb boğazını bağlaya biləcəklərini bildiriblər. Husilər hətta ABŞ və İsrailə qarşı hərbi əməliyyatlara qoşulmağa hazır olduqlarını bəyan ediblər.

Qeyd edək ki, Bab əl-Məndab boğaz Süveyş kanalına gedən dəniz nəqliyyatının hərəkətinə nəzarət edən mühüm strateji nöqtədir.

Mövcud vəziyyətdə neftin qiyməti və dünya iqtisadiyyatını nə gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Husilərin Babül-Məndəb boğazını bağlaması neft ticarətinə birbaşa təzyiq yaradacaq:

“Çünki bu boğaz Qırmızı dəniz vasitəsilə Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinin neftinin dünya bazarına çıxışında əsas tranzit yoludur. Təchizat məhdudlaşdıqda belədə neft qiymətləri yüksələ bilər. Bu isə xüsusən də idxalçı ölkələrdə yanacaq və enerji xərclərinin artmasına səbəb olacaq”.

Ekspertin sözlərinə görə, belə vəziyyət qlobal iqtisadiyyət üçün qeyri-müəyyənlik yaradacaq:

“Yüksək enerji xərcləri istehlakçılar və müəssisələr üçün maliyyə yükünün artması demək olacaq. Həmçinin, mövcud vəziyyətdə inflyasiya təzyiqi yüksələ və bəzi sənaye sahələrində istehsal xərcləri arta bilər. Eyni zamanda investorlar riskləri qiymətləndirərkən bazarlarda volatillik də yarana bilər”.

Həmsöhbətimizin fikrincə, blokada uzunmüddətli olarsa, alternativ nəqliyyat marşrutlarına və ya strateji ehtiyatlardan istifadəni artırmaq lazım gələcək:

“Lakin bu da əlavə xərclər və logistika çətinlikləri deməkdir. Qısamüddətli perspektivdə isə neft qiymətləri üçün ən böyük təsir spekulyativ alqı-satqılarda və təchizat narahatlığında hiss ediləcək”.

Rüfət Sultan, Bizim.Media

Избранный
1
1
bizim.media

10Источники