RU

ABŞ-dan Rusiya və Ukrayna arasında yeni danışıqların proqnozu

Yazını böyüt
Yazını kiçilt

ABŞ administrasiyası müttəfiq ölkələrin rəhbərliyinə Rusiya və Ukrayna arasında danışıqların yeni mərhələsinin təşkilini mümkün hesab etdiyini bildirib.

Hafta.az xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə mənbələrə istinadla məlumat yayıb. Məlumat görə, tərəflərin mövqelərində ciddi fərqlər səbəbindən danışıqlar prosesi müvəqqəti olaraq dalana dirəndiyi üçün ABŞ bu məsələdə heç bir konkret irəliləyiş görmədiyini qeyd edib.

Agentlik onu da vurğulayır ki, hazırda Ağ Ev administrasiyasının bütün diqqəti İrana qarşı hərbi əməliyyata yönəlib.

Qeyd edək ki, Rusiya, Ukrayna və ABŞ-ın iştirakı ilə üçtərəfli təhlükəsizlik məsləhətləşmələrinin birinci mərhələsi yanvarın 23-24-də, ikinci raundu isə fevralın 4-5-də Əbu-Dabidə keçirilib. Danışıqların üçüncü raundu isə fevralın 17-18-də Cenevrədə baş tutub.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Kreml Ukrayna üzrə üçtərəfli danışıqların bütün tərəflər, xüsusən də Amerika tərəfi qrafik barədə razılığa gəldikdən sonra davam edəcəyini gözləyir.

Избранный
3
1
hafta.az

2Источники