RU

“WhatsApp”da profil rəngləri bunu göstərirmiş - Sizi blok edənlər, az danışdığınız və...

Sosial mediada “WhatsApp” istifadəçiləri arasında maraqlı bir iddia sürətlə yayılıb. Paylaşımlarda tətbiqdə görünən profil rənglərinin istifadəçilər arasındakı münasibətləri əks etdirdiyi irəli sürülür.

 

Sfera.az türk mediasına istinadən xəbər verir ki, iddialara görə, “WhatsApp”da profil şəkli olmayan kontaktların fon rəngləri təsadüfi deyil və müəyyən məna daşıyır. Yayılan məlumatlarda bildirilir ki, fərqli rənglər qarşı tərəfin sizi kontaktlarında saxlayıb-saxlamadığını və ya sizinlə ünsiyyət səviyyəsini göstərir.

 

Bu paylaşımlarda rənglərin mənası belə izah olunur:

 

Yaşıl

 

Şəxs sizi kontaktlarında saxlamayıb

 

Mavi

 

Şəxs sizi əvvəllər bloklayıb

 

Qırmızı

 

Nadir hallarda danışdığınız şəxslər

 

Açıq yaşıl

 

 Əvvəllər çox ünsiyyətdə olub, sonradan əlaqəni azaltdığınız şəxslər

 

Lakin məsələ ilə bağlı heç bir rəsmi açıqlama və ya texniki əsas mövcud deyil. “WhatsApp”ın funksiyalarında bu cür bir xüsusiyyətin olduğu təsdiqlənməyib. Mütəxəssislər bildirirlər ki, tətbiqdə görünən bu rənglər sadəcə profil şəkli olmayan istifadəçilər üçün avtomatik şəkildə təyin edilir və tamamilə təsadüfi xarakter daşıyır. Yəni bu rənglərin istifadəçilər arasındakı münasibətlə heç bir əlaqəsi yoxdur. Beləliklə, sosial mediada yayılan bu iddialar reallığı əks etdirmir və istifadəçilərin çaşdırılmasına səbəb olur.

 

Fidan Hacızadə


Избранный
38
4
azia.az

5Источники