RU

Pakistan və Əfqanıstan Çinin vasitəçiliyi ilə danışıqlara başlayıb

Pakistan və Əfqanıstanın Çinin vasitəçiliyi ilə davamlı atəşkəs təmin etmək üçün danışıqlara başladığı bildirilib.Missiya.Az xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyi məlumat yayıb.

Görüşün Pakistanla Əfqanıstan arasında bir aydan çoxdur davam edən münaqişəyə son qoymaq məqsədi daşıdığı və hər iki ölkənin nümayəndələrinin Sincan Uyğur Muxtar Vilayətinin inzibati mərkəzi olan Urumçidə bir araya gəldiyi qeyd olunub.Agentlik bildirib ki, Çin və Pakistan rəsmiləri hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyiblər.Mənbələr həmçinin iddia edir ki, Pakistan Prezidenti Asif Əli Zərdarisi İslamabaddakı Çin səfirliyində regional vəziyyəti müzakirə etmək üçün görüşlər keçirib.

İlahə QənbərliMissiya.Az

Избранный
38
missiya.az

1Источники