RU

Bu gecə 4 nəfər aya uçacaq |“Artemis II” missiyası başlayır

Uçuş Bakı vaxtı ilə 2 aprel saat 02:23 radələrində baş tutacaq.

Missiya çərçivəsində 4 nəfərlik ekipaj 10 gün ərzində Ayın ətrafında dövrə vurub Yerə qayıtmalıdır. Ekipajın üzləri Rid Uayzman, Ceremi Hansen, Kristina Kox və Viktor Qloverdir. Qlover Ay missiyasında iştirak edən ilk afroamerikalı, Kox isə ilk qadın astronavt olacaq.

Bu, 1972-ci ilin dekabrında “Apollon-17” gəmisinin Yerin orbitindən kənara çıxmasından sonra ilk analoji missiya olacaq.

“Orion”un budəfəki buraxılışı ABŞ-nin yeni Ay proqramı tarixində ikinci mərhələ olacaq. Belə ki, proqramın birinci mərhələsi (“Artemis I”) 2022-ci ilin dekabrında həyata keçirilib. Həmin vaxt “Orion” pilotsuz sınaq rejimində Aya uçub, onun orbitində bir neçə həftə qaldıqdan sonra Yerə qayıdıb. Proqramın üçüncü mərhələsi - “Artemis III” isə insanların 50 ildən artıq müddətdən sonra ilk dəfə Aya çatdırılmasını təmin etməlidir.

AzVision.az

Избранный
26
3
azvision.az

4Источники