RU

Türkiyə İranın parçalanmasının qarşısını almağa çalışır –Erməni ekspert – ÖZƏL

Türkiyə rəsmi Ankara İrandakı gərginliyin ona qarşı çevrilməməsi və müharibəyə cəlb olunmaması üçün bütün mümkün addımları atır. 

Olaylar.az xəbər verir ki, bu barədə aprelin 1-də İrəvanda jurnalistlərlə görüşü zamanı "APRI Armenia" analitik mərkəzinin baş eksperti Beniamin Poqosyan bildirib.

Ekspertin sözlərinə görə, Türkiyə tərəfi İranın parçalanmasına yol verməməyin vacibliyinə tam əmindir. Poqosyan qeyd edib ki, Ankaranın bu məsələdəki narahatlığı birbaşa təhlükəsizlik faktorları ilə bağlıdır: "Türkiyə başa düşür ki, İran parçalanacağı təqdirdə, onun sərhədlərində, artıq İran ərazisində daha bir kürd muxtariyyəti formalaşa bilər. Bu isə Türkiyə üçün arzuolunmaz ssenaridir."

Analitik iddia edir ki, məhz bu səbəbdən Türkiyə regional sabitliyin qorunmasında və İranın ərazi bütövlüyünün saxlanılmasında maraqlıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
6
olaylar.az

1Источники