RU

Aqrar Kredit və İnkişaf Agentliyi: 277 mindən çox fermerə əkin subsidiyası ödənilib

Bakı, 1 aprel, AZƏRTAC

Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 2025–2026-cı əkin ili üzrə payızlıq əkinlər və payızda əkilən çoxillik əkmələr üzrə bu günədək, ümumilikdə, 277 min 825 fermerə 810 min 810 hektar sahə üzrə əkin subsidiyası ödənilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, hazırda payızlıq əkinlər üzrə məlumatların və torpaq sənədlərinin yoxlanılması prosesi davam edir.

“Monitorinqləri başa çatan və tələb olunan sənədləri sistemə daxil edən fermerlərin ödənişləri mərhələli qaydada aparılır. Subsidiyaların ödənişi davam edəcək”,- deyə məlumatda qeyd olunub.

Избранный
17
3
azertag.az

5Источники