RU

Husilər gizli fəaliyyətə KEÇDİ: Liderlər yerlərini DƏYİŞDİ

Yəməndə husi liderləri gizli fəaliyyətə keçdilər.

İnterpress.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.

Regional gərginliyin artması fonunda Yəməndəki husi hərəkatının yüksək vəzifəli liderləri gizli fəaliyyətə keçib və əlaqə vasitələrini məhdudlaşdırıblar.

İrana dəstək verməyə və İsrailə qarşı hücumlara başlamağa hazırlaşan hərəkatın əsas fiqurları təhlükəsizlik məqsədilə təhlükəsiz bölgələrə yerləşiblər.

Məlumata görə, mümkün hava zərbələrindən yayınmaq üçün husilərin nəzarətində olan hökumət binalarının əksəriyyəti boşaldılıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
24
interpress.az

1Источники