Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda həyat sığortasınövlərinin hesabına 129,231 milyon manat sığorta haqqıtoplanılıb.
TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilineyni dövrü ilə müqayisədə 2,7 milyon manat və ya 2,1% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 30,7milyon manat və yaxud 43,5% artaraq 101,136 milyon manataçatıb.
Beləliklə, bu ilin yanvar-fevral aylarında həyat sığortabazarında toplanmış hər 100 manat sığorta haqqının 78,3 manatımüştərilərə geri ödənilib.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycandafəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə 277,562 milyonmanat məbləğində sığorta haqqı toplanıb. Bu, ötən ilin müvafiqdövrünün göstəriciləri ilə müqayisədə 1,3% azdır.
Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 148,800 milyonmanat təşkil edib və illik ifadədə 37% artıb.