RU

Azərbaycanda əmlak sığortası bazarı böyüyüb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əmlak sığortasıhesabına 47,878 milyon manat sığorta haqqı toplanılıb.

TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilineyni dövrü ilə müqayisədə 7,6 milyon manat və ya 18,8% çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlər isə 727 minmanat və yaxud 12,1% artaraq 6,754 milyon manata çatıb.

Beləliklə, bu ilin yanvar-fevral aylarında əmlak sığortasıbazarında toplanmış hər 100 manat sığorta haqqının 14,1 manatımüştərilərə geri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycandafəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə 277,562 milyonmanat məbləğində sığorta haqqı toplanıb. Bu, ötən ilin müvafiqdövrünün göstəriciləri ilə müqayisədə 1,3% azdır.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 148,800 milyonmanat təşkil edib və illik ifadədə 37% artıb.

Məqalədə:
Избранный
34
1
az.trend.az

10Источники