Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Əvəzedicilər Liqasının 21-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
Əvəzedicilər Liqası, 21-ci tur
“Şamaxı-2” – “Sumqayıt-2” oyununun 47-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Hüseyn Fərəcli ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəza alıb. “Sumqayıt” buna görə 100 manat cərimə edilib.
“Turan Tovuz-2” – “Neftçi-2” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə aldığı üçün Tovuz komandası 70 manat cərimə edilib. Oyuna Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə Tovuz komandası 200 manat cərimə ödəyəcək.
“Qarabağ-2” – “Sabah-2” oyununun 43-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Sami Mmae hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. Ağdam komandası buna görə 250 manat cərimə edilib. Oyunun 90+5-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Allahverdi Rəhimov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. Ağdam komandası 50 manat cərimə edilib. Oyunun 43-cü dəqiqəsində “Qarabağ” meydanı tərk etdiyinə, daha sonra geri qayıdaraq yenidən oyunu davam etdirdiyinə görə Ağdam komandası 1000 manat cərimə edilib. “Sabah”da 7 nəfər sarı vərəqə aldığı üçün paytaxt komandası 70 manat cərimə edilib. Oyun bitdikdən sonra “Sabah” tərəfindən paltardəyişmə otağına ziyan vurulduğuna görə stadiona dəymiş zərər paytaxt komandası tərəfindən qarşılanacaq.
