RU

Azərbaycanda Elektroliz zavodunun illik istehsal gücü 100 min tona çatdırılacaq

"Azərbaycan Respublikasında 2027−2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı" çərçivəsində elektroliz zavodu layihəsinin tamamlanmalıdır.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamında deyilir.

Dövlət başçısının imzaladığı sənəddə 2030-cu ilədək zavodun illik istehsal gücünün 100 min tona çatdırılması nəzərdə tutulub.

Bundan başqa sərəncamda vurğulanıb ki, Dövlət Proqramında "Azəralüminium" Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal gücünün "xammal−emal−son məhsul" dəyər zənciri üzrə artırılması və ixrac imkanlarının genişləndirilməsi məqsədilə alüminium yayma məhsullarının istehsalı layihəsinin davam etdirilməsi və 2030-cu ilədək illik istehsal gücünün 50 000 tona çatdırılması təmin edilməlidir.

Избранный
17
1
fed.az

2Источники