
Sabah Bakının Xəzər rayonunun bəzi ərazilərində təbii qazın verilişində fasilə yaranacaq.
Bu barədə Missiya.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Xəzər rayonunda aparılacaq təmir-quraşdırılma işləri ilə əlaqədar aprelin 2-də saat 10:00-dan etibarən Şağan qəsəbəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.