Azərbaycanda son 10 ildə bərpa olunan enerji mənbələrinin ümumi qoyuluş gücü 54%-dən çox artaraq 2025-ci ildə 1 826 MVt təşkil edib.
Bu barədə “APA-Economics” Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi-nın (IRENA) hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, 2016-cı ildə qeyd olunan göstərici 1 184 MVt səviyyəsində olub. Bu isə o deməkdir ki, 2025-ci ilin göstəricisi ilə müqayisədə son 10 ildə 54,2% artım müşahidə olunub.
Hesabatda əks olunan rəqəmlərə əsasən, 2024-cü ilin göstəricisi (1 792 MVt) ilə müqayisədə ötən il Azərbaycanda bərpa olunan enerji mənbələrinin ümumi qoyuluş gücü təxminən 2% artıb.