RU

Aprel döyüşləri şanlı Zəfərə gedən yolun başlanğıcı idi - Vüqar Rəhimzadə

Bakı.Trend:

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə gedən yolunbaşlanğıcı kimi dəyərləndirilən Aprel döyüşlərindən 10 il keçir.2016-cı ilin aprel ayının ilk günlərində Ermənistan silahlıqüvvələri Madagiz, Ağdərə və digər yaşayış məntəqələrində, döyüşbölgəsində yerləşmək məqsədilə təxribatlar törətdilər. Bu məqsədləErmənistan silahlı qüvvələrinin birləşmələri mövqelərimizi, keçmiştəmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrini atəşətutdular. Təxribatın qarşısını alan Silahlı Qüvvələrimiz düşmənəağır zərbələr endirdilər. Azərbaycan Ordusunun parlaq tarixiqələbələrindən olan Aprel döyüşləri tariximizə şanlı Zəfərsalnaməsi kimi yazıldı. Əks-hücum əməliyyatı ilə düşmən ağırməğlubiyyətə uğradılaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarınınişğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi azadedildi, xalqımız qələbə sevinci yaşadı.

Bu qələbə bir daha Azərbaycan Ordusunun gücünü, qüdrətini, hansıimkanlara malik olduğunu dünyaya nümayiş etdirdi. Ermənilərinillərdir yaratdıqları “güclü Ermənistan ordusu” mifi darmadağınedildi. Dünya bir daha bu reallığa şahid oldu ki, Azərbaycan işğalolunmuş ərazilərini hərbi yolla azad etmək qüdrətindədir. Halbukiişğalçı Ermənistanın rəhbərliyi daim belə sərsəm fikirlərsəsləndirirdi ki, əgər hərb yolu seçilərsə, məğlubiyyətə uğrayanAzərbaycan Ordusu olacaq. Tarixi Zəfərimizə qədər SilahlıQüvvələrimiz dəfələrlə gücünü, qüdrətini nümayiş etdirib.Dövlətimizin başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, Apreldöyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ənyüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəniicra edə bilər.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Aprel döyüşləriAzərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan şanlı Vətənmüharibəsində böyük Zəfərə gedən yolda mühüm əhəmiyyət kəsb edir:"10 il əvvəl bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlarAzərbaycan Ordusunun və xalqının böyük Qələbəyə inamını və əzminidaha da artırmaqla yanaşı, Silahlı Qüvvələrimizin şəxsi heyəti üçünböyük döyüş təcrübəsi oldu. Aprel döyüşləri, həmçinin Böyük Qayıdışprosesinin başlanğıcı oldu. Lələtəpə yüksəkliyinin azad edilməsinəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülkiəhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı.Düşməndən azad olunan bu kənddə quruculuq, abadlıq işlərinəbaşlanıldı. 23 il doğma yurd həsrətində olan sakinlərin evlərinəqayıtması güclü, qüdrətli Azərbaycanın Ordusunun işğal altındaqalan digər torpaqlarımızı da azad edəcəyinə ümidləri artırdı".

Vüqar Rəhimzadə diqqəti 30 ilik işğal dövrünün reallıqlarınayönəldərək vurğulayıb ki, Azərbaycan hər zaman məsələnin sülhdanışıqları əsasında nizamlanmasına səy göstərdi: "Bununla bərabərən yüksək tribunalardan bu çağırışı da etdi ki, sülh danışıqlarısəmərə vermədiyi təqdirdə hərb yolunun seçiləcəyi şəksizdir. Buinam və əminlik Azərbaycan Ordusunun gücünə, qüdrətinə söykənirdi.Dövlətimizin siyasətində ordu quruculucu prioritet məsələ kimi öndədayanır. Ümummilli Lider Heydər Əliyevin “Sülh danışıqlarınıcəsrətlə aparmal üçün güclü ordun olmalıdır” çağırışı bütündövrlərdə öz aktuallığını qoruyur. Ulu Öndər hələ hakimiyyətininbirinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək atıdığıaddımlar sırasında hərbi kadrların yetişdirilməsinə xüsusi diqqətgöstərmişdir. Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasıbunun bariz nümunəsidir. 1993-cü ildə xalqın təkidli tələbi iləhakimiyyətə qayıdışından sonra Ulu Öndərin bu istiqamətdə atdığıaddımlar davamlılığı ilə diqqətdə oldu. Belə ki, Ümummilli LiderHeydər Əliyevin hakimiyyətdə olduğu illərdə ölkəmizin iqtisadiimkanlarının artması ordunun maddi-texniki bazasınınmöhkəmləndirilməsində özünün aydın ifadəsini tapdı. Son 22 ildənartıq dövrdə Prezident İlham Əliyevin ordumuzun gücünün, qüdrətininartırılması istiqamətində həyata keçiridyi tədbirlər AzərbaycanSilahlı Qüvvələrini dünyanın güclü orduları sırasına yüksəltdi.Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünyanınən güclü 50 ordusu sırasında qərarlaşıb. 44 günlük İkinci Qarabağmüharibəsində tarixi Zəfərə imza atıb 30 ilin torpaq həsrətinə sonqoyulsa da yeni reallıqlara uyğun olaraq müəyyənləşdirilənhədəflərdə ordumuzun daha da gücləndirilməsinə çağırış diqqətdənkənarda qala bilməz. Hətta nəzər salsaq görərik ki, son illərdədövlət bücdəsindən ayırmalarda hərbi xərclər azad edilmişərazilərimizin bərpasına yönəldilən xərclərdən artıqdır".

Millət vəkili bu mühüm məqamı da xüsusi qeyd edib ki, 2016-cıilin uğurlu Aprel döyüşlərindən ruhlanan Azərbaycan Ordusu iki ilsonra daha bir böyük zəfərə imza atdı: "2018-ci ilin mayındaƏlahiddə Ümumqoşun Ordu tərəfindən Naxçıvanın Günnüt kəndi və ətrafərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər vəzabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməkəzmindədirlər. Məhz Aprel döyüşlərində qazanılan təcrübəni Vətənmüharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusudüşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı 44 gündəişğaldan azad etdi. Qarabağ Zəfərinin davamı olaraq 2023-cü ilsentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı bir günlük uğurlulokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həmərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. 2023-cüilin noyabrında Zəfər Günündə Xankəndidə keçirilən Zəfər paradıAzərbaycanın gücünün və ordumuzun qüdrətinin daha bir parlaqnümayişi kimi tarixə yazıldı. Dövlət başçısı İlham Əliyevsuverenliyimizin bərpasından sonra yeni dövrə qədəm qoyanAzərbaycanın həyatında mühüm hadisə olan 2024-cü ilin 7 fevraltarixində keçirilən Prezident seçkilərində qələbə qazandıqdan sonraandiçmə mərasimində ordumuzun bu günü və gələcəyi ilə bağlı mühümçağırışlar səsləndirmişdir. “Bu gün Azərbaycan Ordusu 2020-ciildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edənantiterror əməliyyatı bunun bariz nümunəsidir” söyləyən Prezidentİlham Əliyev bildirmişdir ki, bu gün Silahlı Qüvvələrimizin gələcəkinkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat,texnika alınır, yeni silahlı birləşmələr yaradılır. XüsusiTəyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış“Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülürvə bu proses davam edir: “Biz elə Ordu yaratmışıq ki, - bundansonra da bu işlər davam edəcək, - heç kim bizə sataşa bilməz vəgələcəkdə də belə bir fikirdə ola bilməz… Beləliklə, orduquruculuğu prosesi davam etdiriləcək. Bizim dövlət büdcəmizdə bugün də ən böyük xərclər hərbi xərclərdir və hərbi xərclərləbərabər, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır”".

Vüqar Rəhimzadə vurğulayıb ki, 10 il əvvəl Lələtəpədə ucaldılanüçrəngli Bayrağımız bu gün Qarabağın və Şərqi Zəngəzurun hər birguşəsində – Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda,Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda,Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır.Azərbaycan 2023-cü ilin sentyabrında suverenliyini tam bərpaetməklə yeni dövrə qədəm qoydu. Yeni dövrün əsas hədəflərindən biritəbii ki, bərpa-quruculuq işlərinin miqyasını daha dagenişləndirmək, soydaşlarımızın qayıdış ünvanlarının sayınıartırmaqdır. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, artıq 9şəhər- Füzuli, Laçın, Cəbrayıl, Kəlbəcər, Şuşa, Ağdam, Xocalı,Xankəndi və Xocavənd sakinlərinə qovuşub. Azad Qarabağ və ŞərqiZəngəzur cənnət məkana çevrilir.

Məqalədə:
Избранный
53
5
az.trend.az

6Источники