FİFA futbol üzrə milli komandaların mart ayı üçün reytinqini açıqlayıb.
Publika.az xəbər verir ki, Azərbaycan yığması son sıralama ilə müqayisədə 3 pillə irəliləyib. Komandanın 1136,67 xalı var.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv ötən ay ölkəmizdə keçirilən "FİFA Series" turnirinin qalibi olub. Milli Sent-Lüsiyaya 6:1 hesabı ilə, Syerra Leoneyə isə penaltilər seriyasında (1:1 pen-9:8) qalib gəlib.
Reytinqin ilk pilləsində də dəyişiklik olub. Yeni lider 1877,32 xala malik Fransadır. "Xoruzlar" İspaniyanı qabaqlaya biliblər.