RU

Ekspert: Rusiya və Azərbaycan enerji əməkdaşlığını gücləndirir

Bakı, 1 aprel, AZƏRTAC

Rusiya ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq həm ikitərəfli, həm də üçtərəfli layihələri əhatə edərək sabit və çoxşaxəli olaraq qalır.

Bu barədə rusiyalı ekspert, Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında bildirib.

Onun sözlərinə görə, Rusiya qazının Azərbaycan ərazisindən İrana tədarükü ilə bağlı müzakirələr davam edir, bu da qış aylarında İslam Respublikasının şimal bölgələri üçün qaz ehtiyatları yaratmağa imkan verəcək. Ekspert izah edib ki, Azərbaycan tranzitdən gəlir əldə edəcək, Rusiya isə bazarlarını orta qiymətlərlə də olsa genişləndirəcək. Bu da bütün iştirakçılar üçün qarşılıqlı faydalı şərait yaradacaq.

Yuşkov vurğulayıb ki, bu cür layihələr region ölkələri üçün strateji əhəmiyyət daşıyır, Cənubi Qafqazda və qonşu ölkələrdə enerji sabitliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi Azərbaycanın rolunu gücləndirir. O, həmçinin qeyd edib ki, bu təşəbbüslər infrastrukturun uzunmüddətli inkişafına və ölkələr arasında etimadın artmasına töhfə verir.

Müəllif – Tamilla Məmmədova

Избранный
47
2
azertag.az

2Источники