RU

Qulançar yığırdı, minaya düşdü Yenilənib

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ağdərədə mina partlayışı baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini Məhərrəmov Mahir Abdullah oğlu qulançar yığan zaman piyada əleyhinə minaya düşüb.

Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) hadisə ilə bağlı birgə məlumat yayıb.

Bildirilib ki, aprelin 1-də işğaldan azad edilmiş Ağdərə rayonunun Suqovuşan qəsəbəsi yaxınlığında mina hadisəsi baş verib.

“1982-ci il təvəllüdlü Ağdərə rayonunun Hacıqərvənd kənd sakini Mahir Abdulla oğlu Məhərrəmov keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır”, - məlumatda vurğulanıb.

***

Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, minaya düşmə səbəbilə xəsarət alan 1982-ci il təvəllüdlü şəxs saat 15:20 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Sağ ayaq aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur, vəziyyəti ağır qiymətləndirilir.

Ziya Əmirxanlı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
28
24
qafqazinfo.az

10Источники