RU

Mövsüm ərzində 4 cü dəfə zədələndi

ain.az bildirir, Qol.az portalına istinadən.

Mövsüm ərzində 4-cü dəfə zədələndi

"Liverpul"un sağ cinah müdafiəçisi Ceremi Frimponq Niderland milli komandasının heyətində keçirdiyi yoldaşlıq oyununda zədələnib.

QOL.az xəbər verir ki, "Sky Sports" nəşrinin məlumatına görə, Eyndhovendə Ekvadora qarşı keçirilən matçın (1:1) fasiləsindən sonra meydana daxil olan 25 yaşlı futbolçu cəmi 13 dəqiqə sonra meydanı tərk etmək məcburiyyətində qalıb. Bu, Frimponqun "Liverpul"dakı debüt mövsümündə üzləşdiyi artıq dördüncü zədədir. Niderland millisinin baş məşqçisi Ronald Kuman futbolçunun məcburi əvəzlənməsini xoşagəlməz hal kimi qiymətləndirib.

Qeyd edək ki, Ceremi Frimponq bu zədə səbəbindən İngiltərə Kubokunun 1/4 finalında "Mançester Siti"yə qarşı keçiriləcək vacib oyunu, həmçinin Çempionlar Liqasının 1/4 finalında PSJ ilə baş tutacaq ilk qarşılaşmanı qaçıra bilər. Müdafiəçinin bud nahiyəsindən aldığı zədənin dərəcəsi hələlik dəqiqləşdirilməyib.

Xatırladaq ki, futbolçunun Mersisayd klubundakı əvvəlki üç zədəsi də məhz budun arxa əzələsi ilə bağlı olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
50
50
qol.az

10Источники