ain.az, Azpolitika.az saytına istinadən bildirir.
Yaxın Şərqdə hərbi eskalasiya sürətlə genişlənir. İran mediasının yaydığı məlumatlara görə, Bəhreyn ərazisində yerləşən ABŞ hərbi obyektləri silsilə hücumlara məruz qalıb.
Bildirilir ki, ümumilikdə 8-dən çox güclü partlayış qeydə alınıb. Hədəflər arasında ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının bazası, həmçinin “Əl-Dila” hərbi obyekti yer alıb. Bundan əlavə, Sar və Əs-Saxir bölgələrində yerləşən və ABŞ qüvvələrinin dislokasiya olunduğu məntəqələrin də zərbələrə məruz qaldığı iddia edilir.
Paralel olaraq, İraq Kürdüstanının paytaxtı Ərbil şəhərində də bir neçə güclü partlayış baş verib. Hadisələrin səbəbi və nəticələri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Digər tərəfdən, İsrailin şimal bölgələrində yaşayan əhaliyə raket hücumu ilə bağlı xəbərdarlıq edilib. Məlumatlara görə, İran ərazisindən İsrail istiqamətində raket buraxılışları həyata keçirilib.
"AzPoıitika.info"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.