RU

Suqovuşanda mina partlayıb: XƏSARƏT ALAN VAR

Ağdərə rayonu ərazisində mina partlayışı hadisəsi baş verib.

 

Senzor.az bildirir ki, hadisə rayonun Suqovuşan kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, Məhərrəmov Mahir Abdulla oğlu qulançar yığan zaman piyada əleyhinə minaya düşüb.

 

Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

**

Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) hadisə ilə bağlı birgə məlumat yayıblar.

 

Qeyd olunub ki, aprelin 1-də işğaldan azad edilmiş Ağdərə rayonunun Suqovuşan qəsəbəsi yaxınlığında mina hadisəsi baş verib.

 

“1982-ci il təvəllüdlü Ağdərə rayonunun Hacıqərvənd kənd sakini Mahir Abdulla oğlu Məhərrəmov keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.

 

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

 

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırırlar”, - məlumatda vurğulanıb.

Избранный
32
49
senzor.az

10Источники